Dəm qazı daha bir can aldı

09:41 16 Yanvar 2026

Azərbaycanda daha bir nəfər dəm qazından zəhərlənib.

Sitat.info xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Abşeron rayonu Yeni massiv adlanan ərazidə baş verib.

1981-ci il təvəllüdlü Elmidar Fikrət oğlu Usubov yaşadığı evdə qızdırıcı sobadan ayrılan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bu ilin yanvar ayında 20-yə yaxın şəxs dəm qazının qurbanı olub.



Xəbər xətti