Bakıda Rusiya vətəndaşı faciəvi şəkildə öldü

09:21 16 Yanvar 2026

Bakıda yük avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.

Sitat.info xəbər verir ki, 2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Emil Elşən oğlu Ələkbərov idarə etdiyi "Haojue HJ150-6" markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Əli Allahverdi oğlu Yasanovun idarə "Hunday HD-65" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.



Xəbər xətti