Dəm qazı daha iki can aldı

13:25 19 Yanvar 2026

Yanvarın 17-si saat 11 radələrində Hövsan qəsəbə sakini, 1959-cu il təvəllüdlü Tahir Müseyib oğlu Ağayev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Sitat.info  xəbər verir ki, digər bir dəm qazından zəhərlənmə halı Gədəbəydə qeydə alınıb.

Belə ki, yanvarın 17-si saat 22 radələrində Zəhmət kənd sakini 1972-ci il təvəllüdlü Rəxşəndə Xanlar qızı Rzayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.



Xəbər xətti