İranın Borazcan, İlam, Xaf və Bircənd həbsxanalarında dörd məhbus edam olunub.
Sitat.info xəbər verir ki, bu barədə HRANA məlumat yayıb.
Məlumata görə, Borazcan həbsxanasında Mikail Bahari, İlam həbsxanasında Kamran Qiyasvand, Xaf həbsxanasında Loristanlı Forud Sağvənd və Bircənd həbsxanasında Mərdan Səidi edam olunub.
Qeyd edək ki, bundan əvvəl, Əhvaz, Yəzd və Bam həbsxanalarında da azı dörd məhbusun ölüm hökmü icra edilib.