ABŞ Prezidenti Donald Tramp bu gün Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Tramp bu haqda Davosda keçirilən Dünya İqtisadi forumunda çıxışı zamanı danışıb.
Tramp çıxışında “Mən bu gün onunla görüşəcəm” deyib.
Qeyd edək ki, Ağ Ev rəhbəri tədbir tarixində ən böyük Amerika nümayəndə heyətinə rəhbərlik edir. Onu demək olar ki, bütün administrasiya müşayiət edir.