Lerikdə güclü qar: evin damı çökdü

13:40 22 Yanvar 2026

Lerik rayonunda yaşayış evinin dam örtüyü qarın ağırlığından çöküb.

Sitat.info  xəbər verir ki, hadisə rayonun Hamarmeşə kəndində baş verib.

Asəf Əlirza oğlu Muradova məxsus fərdi yaşayış evinin dam örtüyü hündürlüyü bir metrə çatan qarın ağırlığına davam gətirməyərək çöküb. Bu zaman ailənin iki üzvü evdə olsa da, onlar xəsarət almayıblar.

Hadisə ilə bağlı aidiyyətı qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib.



Xəbər xətti