Dünən paytaxtın Binəqədi rayonunda keçirilən toy mərasimlərindən birində ölüm hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, hadisə saat 19 radələrində 8-ci mikrorayondakı İ.Dadaşov küçəsində yerləşən “Zirvə” şadlıq sarayında qeydə alınıb.
Belə ki, Bakı sakini 1951-ci il təvəllüdlü Zeynəb Tağı qızı Dadayeva şadlıq sarayında keçirilən mərasimdə qəflətən ölüb.
Faktla bağlı araşdırma aparılır.