Gürcüstanın Marneuli rayonundakı toy karvanında ağır qəza baş verib.
Sitat.info Qqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 28-də Baydar kəndi yaxınlığında qeydə alınıb.
Bildirilib ki, dəhşətli qəza toy karvanında avtomobillərin bir-biri ilə yarışması səbəbindən baş verib.
Belə ki, avtomobilin aşması nəticəsində Üfiq Bədəlov və Ümid Adıgözəlov qəza yerində həlak olub.
Qəzada xəsarət alan şəxslərdən 24 yaşlı Sənan Şərifov Tbilisidəki xəstəxanalardan birində həyatını itirib.