Goranboyda qazi anasını öldürdü, arvadını yaraladı

10:07 31 Yanvar 2026

Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, Faxralı kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası – 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirib.

Hadisə zamanı həyat yoldaşı – 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.

Məlumata görə, Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. (Mənbə: APA)



Xəbər xətti