Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Qərb uzun müddət özünü mənəvi baxımdan üstün kimi təqdim edib, lakin bu iddia bu gün artıq qüvvəsini itirib.
Sitat.info xəbər verir ki, Macarıstan hökumətinin rəsmi internet saytında yayımlanan açıqlamaya görə, Baş nazir Orban iştirak etdiyi tədbirdə Avropa İttifaqını (Aİ) tənqid edib.
Orban Brüsseldən gələn vəsaitlərin “Macarıstan hökumətinə qarşı fəaliyyət göstərən aktorlara axdığını” iddia edib.
Qərbin bir dövr rifahı təmsil etdiyini deyən Orban qeyd edib: “Qərb uzun müddət mənəvi üstünlüyünü müdafiə edib, lakin bu, hər zaman onun maliyyə maraqları ilə üst-üstə düşüb. Bu gün isə həmin iddia çökmüş vəziyyətdədir və bunun niyə artıq keçərli olmadığını izah edən çoxsaylı nəşrlər mövcuddur. Qərb artıq nümunə deyil. Avropa geriləmə dövrünü yaşayır və Aİ senzura, müharibəyə cəlbetmə təzyiqi, Ukraynaya pul göndərilməsi və milli sahəyə müdaxiləni təmsil edir.”
Orban əlavə edib ki, artıq nümunə götürülə biləcək hər hansı xarici model mövcud deyil və Macarıstan bundan sonra yalnız öz milli maraqlarından çıxış edərək hərəkət etməlidir.
Tehran,
Sitat.info