“İran nüvə silahının hazırlanmasını istisna edən, atom enerjisindən dinc məqsədlərlə istifadə hüququnu təmin edəcək saziş təklifi üzərində işləyir”.
Sitat.info xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Komandama nüvə silahının olmayacağına və İranın nüvə texnologiyasından elektrik enerjisi, tibb və kənd təsərrüfatı üçün dinc məqsədlərlə istifadə hüququna zəmanət verə biləcək mümkün plan və ya təklif üzərində işləməyi tapşırmışam”, - nazir qeyd edib.
Əraqçi vurğulayıb ki, 2025-ci ildə aparılan danışıqlar fonunda endirilən zərbələrdən sonra İran ABŞ-yə hələ də tam etibar etmir və belə bir halın yenidən təkrarlanmayacağına əmin olmaq istəyir.