Vüqar Qurbanov vəzifəsindən azad edildi

13:41 16 Fevral 2026

TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.

Sitat.info Bakupost.az-a istinadla xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.

Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.



Xəbər xətti