İsrail baş naziri Binyamin Netanyahunun ofisinin əməkdaşları şübhəli bir zərf aşkar ediblər.
Sitat.info xəbər verir ki, zərfdə naməlum maddə olan ampulalar olub. Zərf sınaq üçün laboratoriyaya göndərilib.
Bild-in məlumatına görə, hökumət sözçüsü media ilə əlaqə saxladıqda hadisəni təsdiqləməkdən imtina edib və məsələni İsrail polisinə yönləndirib. Polis də ampulalarla bağlı xəbərlərə hələlik münasibət bildirməyib. 2025-ci ilin noyabr ayında təhlükəsizlik qüvvələri əvvəllər baş nazirin ofisində şübhəli bir bağlama ilə qarşılaşıblar; onun içindəkiləri zərərsiz hesab edilib.
Tehran,
Sitat.info