Putinlə bağlı suala belə cavab verdi - Video

12:45 19 Fevral 2026

Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, Morqan Zelenskidən Rusiya lideri Vladimir Putini öldürmək üçün imkanı olsaydı, güc strukturlarına müvafiq əmr verib-verməyəcəyini soruşub. O isə suala birbaşa cavab verməsə də, Rusiyanın hakimiyyət sistemində bir insanın dəyişməsinin mütləq şəkildə rejimin mahiyyətinin dəyişməsi anlamına gəlmədiyini bildirib.

“Bilirsiniz, onların sistemində digər bir insanın Putin kimi olmayacağına əmin deyiləm. Məsələ bunda deyil”, - Zelenski deyib.

Eyni zamanda, Ukrayna lideri müharibə ərzində onun həyatına çoxsaylı sui-qəsd cəhdlərinin olduğunu və onların qarşısının ölkənin xüsusi xidmət orqanları tərəfindən alındığını açıqlayıb. Zelenski müharibə dövründə ona qarşı real sui-qəsdin Ukraynanı xaosa sürükləyə biləcəyini qeyd edib.



Xəbər xətti