Dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasından sonra mətbuata açıqlama verib.
Sitat.info xəbər verir ki, nazir müsahibəsində Vaşinqton və Tehran arasında davam edən danışıqlara toxunaraq Türkiyənin prosesi yaxından izlədiyini bildirib.
Fidan qeyd edib ki, xüsusilə nüvə məsələsində razılığa gəlmək mümkündür. O, bununla yanaşı, bölgədə hərbi aktivliyin artdığını da vurğulayıb.
“Bu hərbi fəaliyyətin davam edən danışıqlara təzyiq göstərmək məqsədi daşıyıb-daşımadığını, yoxsa əvvəlcədən planlaşdırılmış hərbi əməliyyata hazırlıq olub-olmadığını diqqətlə izləyirik”, – deyə Hakan Fidan bildirib.
Aytac,
Sitat.info