Bu gün İran və ABŞ arasında dolayı nüvə danışıqlarının üçüncü raundu Cenevrədə start götürüb.
Sitat.info xəbər verir ki, danışıqlarda Oman vasitəçilik edir.
Bildirilir ki, danışıqlardan əvvəl İran tərəfi öz təklifini Omanın xarici işlər naziri vasitəsilə Amerika nümayəndə heyətinə çatdırıb.
Omanın xarici işlər naziri Bədr əl-Busaidi danışıqların keçiriləcəyi yerə gedərkən jurnalistin “Bugünkü danışıqlara ümid edirsinizmi?” sualına müsbət cavab verib.
Bu raunda İranın xarici işlər naziri Abbas Əraqçı və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof sədrlik edir.
Nigar,
Sitat.info