Meksikada iğtişaşlara görə yarış ləğv edildi

20:13 26 Fevral 2026

Meksikada keçirilən Dünya Kubokunun mərhələsi iğtişaşlar səbəbindən ləğv edilib.

Sitat.info xəbər verir ki, bu haqda Beynəlxalq Su İdmanı Federasiyası (Dünya Su İdmanları Federasiyası) bəyanat yayıb.

“Bu qərar Zapopan və Xalisko ştatında vəziyyətin hərtərəfli risk qiymətləndirilməsinin nəticəsidir. Bütün Dünya Su İdmanı iştirakçılarının təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır”, - təşkilatın bəyanatında deyilir.

Qeyd edək ki, martın 5-dən 8-dək Zapopanda suya tullanma üzrə Dünya Kuboku mərhələsinin keçirilməsi planlaşdırılırdı.

Xatırladaq ki, fevralın 22-si Meksikada “Xaliskonun yeni nəsli” narkokartelinin başçısı, “El Menço” ləqəbli Nemesio Oseguera Servantes hökumətin xüsusi hərbi əməliyyatı nəticəsində zərərsizləşdirilib. Hadisədən sonra Meksikanın bəzi ştatlarında hökumət qüvvələri ilə kartelə bağlı silahlılar arasında toqquşmalar artıb.



Xəbər xətti