Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib

20:50 26 Fevral 2026

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə İndoneziyanın Bakıdakı səfirliyi "Instagram" sosial şəbəkə hesabında məlumat yayıb.

"Görüş zamanı tərəflər İndoneziya və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi strategiyalarını, əməkdaşlıq mexanizmlərinin infrastrukturunu, eləcə də gələcək əməkdaşlıq proqramları üzrə təklifləri müzakirə ediblər", - deyə səfirliyin paylaşımında vurğulanır.



Xəbər xətti