Zaur Nəbioğlunun aparıcılığı ilə ATV-də yayımlanan “Rəngarəng” proqramının yayımının dayandırılması ilə bağlı məlumat yayılıb.
Sitat.info xəbəri dəqiqləşdirmək üçün aparıcı ilə əlaqə saxlayıb.
Zaur Nəbioğlu bildirib ki, verilişin yayımdan qaldırılması ilə bağlı məlumat yanlışdır: "Gələn həftənin 1-ci günü efirdə olacağıq. Artıq növbəti həftənin bütün qonaqları müəyyənləşib. Yalan məlumat yazırlar. Yaxşı ki, mənə zəng edib dəqiqləşdirdiniz. Efirə davam edirik. Mənə hər hansı bir xəbərdarlıq edilməyib".
Tehran,
Sitat.info