FHN-dən zəlzələ ilə bağlı - Açıqlama

16:40 27 Fevral 2026

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

“Sitat.info” xəbər verir ki, məlumatda deyilir:

“Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb”.



Xəbər xətti