Rusiya bayrağı yandırıldı, səfir XİN-ə çağırıldı

20:13 27 Fevral 2026

Finlandiyanın Rusiyadakı səfiri Marya Liivala Xarici İşlər Nazirliyinə çağırılıb və ölkənin Helsinkidəki səfirliyi qarşısında Rusiya bayrağının yandırılması ilə bağlı ona qarşı sərt etiraz bildirilib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, rəsmi Moskva hadisəni təhqir aktı kimi qiymətləndirir:

"Fevralın 24-də Finlandiyadakı Rusiya səfirliyinin qarşısında naməlum şəxslərin Rusiya bayrağını yandırdığı təxribatçı aksiya ilə bağlı Finlandiya diplomatik nümayəndəliyinin rəhbərinə sərt etiraz bildirilib”.



Xəbər xətti