Futbol üzrə Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sitat.info xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" "Liv Bona Dea Arena”da "Zirə”ni qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 67-ci dəqiqədə Ayron Qomis vurub.
Qeyd edək ki, XXII turun açılış oyununda "Kəpəz” "Sumqayıt”a 3 cavabsız qolla qalib gəlib. Turun növbəti oyunları fevralın 28-də və martın 1-də keçiriləcək.