“TikTok”da tələbələrin fotolarını yayan şəxs həbs olunub

21:00 27 Fevral 2026

Tələbələrin fotolarını yaymaqda təqsirləndirilən Fəxri Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Sitat.info xəbər verir ki, təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, Fəxri Cəbrayılov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.



Xəbər xətti