Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrana qarşı hücumunu qınayıb.
Bu barədə Rusiya Xarici İşlər bəyanat yayıb.
Bildirilib ki, "BMT və AEBA rəhbərliyi də daxil olmaqla, beynəlxalq ictimaiyyət Yaxın Şərqdə sülhü, sabitliyi və təhlükəsizliyi pozmağa yönəlmiş bu hərəkətləri dərhal və obyektiv şəkildə qiymətləndirməlidir".
"Vaşinqton və Təl-Əviv bir daha təhlükəli bir macəraya başlayıblar ki, bu da regionu humanitar, iqtisadi və ehtimal ki, radioloji fəlakətə yaxınlaşdırıb. Biz dərhal siyasi və diplomatik həll yoluna qayıtmağı tələb edirik. Rusiya əvvəlki kimi, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan dinc həll yollarının axtarışını asanlaşdırmağa hazırdır”, - bəyanatda deyilir.