İran NATO-nun Küveytdəki bazasını vurdu - 20 italiyalı hərbçi yaralandı

16:48 28 Fevral 2026

İranın atdığı raketlərdən biri Küveytdəki NATO bazasına düşərək, ciddi ziyan vurub.

 
Sitat.info xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
 
Yerli medianın məlumatına görə, hadisə zamanı təxminən 20 italiyalı hərbçi yaralanıb.
 
Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.



Xəbər xətti