İrandakı müharibə Putinə siqnaldır - Zelenski

17:25 2 Mart 2026

İrandakı müharibə Putinə diktaturaların necə bitdiyi barədə siqnaldır.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Ukrayna danışıqların növbəti mərhələsinə hazırlıqları ləğv etmir. Əgər təhlükəsizlik məsələləri Əbu-Dabidə görüşün keçirilməsinə mane olarsa, Türkiyə və ya İsveçrə alternativ məkan kimi xidmət edə bilər”, - o bildirib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.



Xəbər xətti