Yaxın Şərqdə ölən ABŞ hərbçilərinin sayı artdı

18:00 2 Mart 2026

ABŞ və İsrailin İrana hücumlarının başlanmasından sonra daha bir amerikalı əsgər ölüb. 

Sitat.info  xarici mətbuata istinadən xəbər verir ki, bununla da, Yaxın Şərqdə ölən ABŞ hərbi qulluqçularının sayı 4 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) üç amerikalı hərbçinin öldüyünü və beşinin ağır yaralandığını açıqlamışdı.



Xəbər xətti