Xameneinin olduğu yerin koordinatlarını kim verib?

20:39 2 Mart 2026

İsrail və ABŞ İranın ali lideri Əli Xameneinin olduğu yerin koordinatlarını onun ətrafındakı “satqınlar” vasitəsilə əldə edib.

Sitat.info Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya FTX-nin istefada olan polkovnik-leytenantı Aleksandr Belyayev bildirib.

"Əks halda bu qədər dəqiq hədəf alınmazdı", - deyə o qeyd edib.

Xainlərdən danışarkən Belyayev İranın daxili etnik problemlərini xarici təxribat, terrorçu qruplar və qaçaqmalçılar üçün giriş nöqtələri olan problemli Kürdüstan və Bəlucistan bölgələrini xatırladıb.



Xəbər xətti