İranın hücumu: Varlılar Avropa üçün fantastik məbləğ ödəyir

08:59 3 Mart 2026

İran raketləri və dronları həftəsonu Əbu-Dabi, Dubay, Qətər və Bəhreynə zərbə endirdikdən sonra Körfəz ölkələrinin elitaları bölgədən panika içində qaçırlar.

Sitat.info xəbər verir ki, bu barədə “Semafor” agentliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, burada Səudiyyə Ərəbistanı yeganə fəaliyyət göstərən çıxış dəhlizinə çevrilib.

Mənbələrə görə, özəl təhlükəsizlik şirkətləri Dubaydan Ər-Riyada müştəriləri daşımaq üçün yolsuzluq avtomobilləri parkı təşkil edir.

Səhrada on saatlıq səfər münaqişə zonasından qaçmaq istəyənlər üçün yeganə çıxış yoluna çevrilib.

Təxliyə edilənlər arasında qlobal maliyyə korporasiyalarının yüksək vəzifəli rəhbərləri, tətil və ya iş üçün bölgəyə gələn varlı səyahətçilər var.

“Təcili təxliyə" tələbi qiymətlərin kəskin şəkildə artmasına səbəb olub.

“Vimana Private” broker şirkətinin baş direktoru Əmir Naranın sözlərinə görə, Ər-Riyaddan Avropaya özəl uçuşların qiyməti 350.000 dollara çatıb. Naran vurğulayıb ki, Səudiyyə Ərəbistanı hazırda bölgəni tərk etmək istəyənlər üçün yeganə real seçimdir.



Xəbər xətti