Fars körfəzində və İranda baş verən müharibə fonunda Yaxın Şərq ölkələri bu cür hücumlara hazırlaşmamışdı, halbuki Ukrayna Rusiya ilə müharibədə bu cür hücumlara bu gün davam gətirir.
Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Körfəz ölkələrindəki “Şahid” PUA-larının intensiv şəkildə buraxılması zamanı yaranan çətinliklərdən danışarkən deyib.
“İran dronlarının hazırda Yaxın Şərqdə binalara, otellərə və digər obyektlərə düşməsi fonunda yeni taktiki müharibəyə dünyanın hazır olmadığını demək mümkündürmü?”, - sualını Zelenski belə cavablandırıb: “Dünya hazır deyildi, biz bunu demişdik”.
Onun sözlərinə görə, dünyanın hazır olmaması Polşa, Rumıniya və bəzi digər ölkələrin hava məkanına dronların bir-bir daxil olması zamanı da təsdiqini tapmışdı.