Dünən SEPAH-ın baş komandanının müşaviri, general İbrahim Cabbari İran dövlət televiziyasında çıxışında deyib ki, İran Hörmüz boğazından keçməyə çalışan bütün gəmiləri yandıracaq.
Sitat.info xəbər verir ki, o, Hörmüz boğazının nəqliyyat üçün bağlandığını deyib. Cabbari bildirib ki, bu addım ABŞ və İsrailin hücumlarına cavab olaraq atılıb. Onun sözlərinə görə, boğazdan keçməyə çalışan gəmilər SEPAH-ın Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları tərəfindən vurulacaq.
Cabbari qeyd edib ki, hazırda neftin qiyməti 82 dollara çatıb və qlobal bazarlarda qiymətlərin daha da yüksələcəyi gözlənilir. O, əlavə olaraq bölgədəki neft boru kəmərlərinin də hədəf alına biləcəyini deyib və bölgədən bir damla neftin belə çıxmasına icazə verməyəcəklərini bildirib.
Nigar,
Sitat.info