İsrail Pezeşkianın ofisinə zərbələr endirdi

15:17 3 Mart 2026

İsrail ordusu Tehranda hökumət obyektlərinə, İran Prezidenti Məsud Pezeşkianın ofisinə və Ali Milli Təhlükəsizlik Şurasının binasına zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

"Kompleksə zərbə zamanı Prezident Administrasiyasının və Ali Milli Təhlükəsizlik Şurasının binalarına çoxlu sayda sursat atılıb", - məlumatda deyilib.

Bundan başqa, sənəddə təhlükəsizlik sahəsində qərar qəbuluna görə cavabdeh olan ali rəhbərliyin iclaslarının keçirildiyi kompleks, İran zabitlərinin təlim müəssisəsi və digər əsas infrastruktur obyektlərinin vurulduğu qeyd edilir:

"Adıçəkilən kompleks İranda ən çox mühafizə olunan obyektlərdən biridir və Tehranın mərkəzində bir neçə məhəlləni əhatə edir. Rəhbərlik və yüksək rütbəli təhlükəsizlik rəsmiləri orada mütəmadi olaraq müşavirələr keçirirdilər".



Xəbər xətti