İrandan gün ərzində müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsi davam edib.
Sitat.info xəbər verir ki, Azərbaycan, Çin, Slovakiya, Rusiya, Pakistan, Türkiyə, Tacikistan, Özbəkistan, Cənubi Afrika, Gürcüstan, Oman və Belarus vətəndaşlarının "Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən keçidi təmin olunub.
Təxliyə olunan şəxslər sərhəd-keçid məntəqəsində sənədlərinin yoxlanılması və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Diplomatik korpus nümayəndələrinin keçidi isə beynəlxalq normalara uyğun olaraq, xüsusi müşayiət və nəzarət altında təşkil edilib.