Gəncədə ağır qəza: ölən var

10:04 4 Mart 2026

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, 1961-ci il təvəllüdlü Nəriman Nəcəf oğlu Hacıyev idarə etdiyi VAZ-21150 markalı avtomobillə Gəncə şəhəri, Natavan-2 qəsəbəsində hərəkətdə olarkən avtomobilin sağ arxa təkərinin dəmir yolu xəttinə dəyməsi nəticəsində idarəetməni itirərək qəza törədib.

Nəticədə sürücü ölüb.

Fakt üzrə cinayət işi başlanılmaqla istintaq aparılır.



Xəbər xətti