ABŞ Dövlət Departamenti Pakistanın Kəraçi və Lahor şəhərlərində fəaliyyət göstərən konsulluqlarda çalışan işçilərə və onların ailə üzvlərinə ölkəni tərk etməyi tapşırıb. Qərar təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda qəbul edilib.
Sitat.info xəbər verir ki, təxliyə qərarı bazar günü Kəraçidəki ABŞ konsulluğunun qarşısında keçirilən etiraz aksiyasından sonra verilib. Hadisə zamanı 10 nəfər həyatını itirib, 60 nəfər yaralanıb. Məlumata görə, Əli Xameneiyə qarşı sui-qəsd xəbərlərindən sonra bəzi etirazçılar konsulluq binasına daxil olmağa cəhd göstəriblər.
Ümumilikdə, ölkə daxilində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 24 nəfərin həlak olduğu bildirilir.
ABŞ rəsmiləri paytaxt İslamabaddakı səfirliyin fəaliyyət statusunda isə hər hansı dəyişiklik olmadığını açıqlayıblar.
Aytac,
Sitat.info