NATO İranın Türkiyəni hədəf almasını qınayıb

17:13 4 Mart 2026

NATO İranın Türkiyəni hədəf almasını qınayıb.
 
Sitat.info xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
 
Hadisəni şərh edən NATO sözcüsü bildirib ki, müdafiə mövqeləri hava və raketdən müdafiə də daxil olmaqla bütün sahələrdə güclü olaraq qalır.
 
"İranın bölgə üzrə ayrı-seçkilik etmədən davam etdirdiyi hücumlar qarşısında NATO Türkiyə də daxil olmaqla bütün müttəfiqlərinin yanında qətiyyətlə dayanır".
 
Qeyd edək ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.



Xəbər xətti