Abşeronda bir gecədə dörd evi talayan şəxs saxlanıldı

17:26 4 Mart 2026

Abşeron rayonunda silsilə oğurluq hadisəsi qeydə alınıb.
 
Sitat.info xəbər verir ki, naməlum şəxs ayrı-ayrı dörd evdən elektrik naqilləri, su qızdırıcılar, 1600 manat dəyərində 4 ədəd avtomobil təkəri və digər dəyərli əşyaları talayıb.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlə 28 yaşlı A.Məmmədov qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətlərini reallaşdırdığı məlum olub. 
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.



Xəbər xətti