“Şəfa” futbol klubunun rəhbərliyində gözlənilməz istefa baş verib.
Sitat.info xəbər verir ki, “Qafqazinfo"nun əldə etdiyi məlumata görə, klubun prezidenti Sərdar Salmanzadə vəzifəsindən gedib.
O, rəhbərlikdən ayrılması ilə bağlı məlumatı saytımıza özü təsdiqləyib.
Qeyd edək ki, “Şəfa” 36 xalla hazırda I Liqada turnir cədvəlinə liderlik edir.