Rəsmi Tehrandan dron hücumu ilə bağlı - Açıqlama

15:36 5 Mart 2026

İran tərəfi Naxçıvana dron hücumu edilməsini təkzib edib. 

“Sitat.info” xəbər verir ki, bu haqda İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Azərbaycanın “AnewZ” kanalına danışıb.

“Biz qonşu ölkələrimizə hücum etmirik. Bu insident barədə sizdən eşidirəm. Bu məlumatı, onun mənbəyini araşdırıb sonra sizə cavab verə bilərəm”, - o deyib. 

Qaribabadi əlavə edib ki, İranın siyasəti yalnız regionda fəaliyyət göstərən və İran mülki vətəndaşlarına hücum etmək üçün istifadə olunan ABŞ və İsrail hərbi bazalarına hücum etməkdir: “Əvvəldən elan etmişik ki, əgər regionda hərbi baza varsa və onlardan İrana hücum etmək üçün istifadə olunursa, onları hədəfə alacağıq. Bizim yürütdüyümüz siyasət budur”.

Nazir müavininin açıqlamasının videosunu təqdim edirik:



Xəbər xətti