İran Baş Qərargahı Naxçıvana dron hücumu ilə bağlı BƏYANAT YAYDI

15:50 5 Mart 2026

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsini təkzib edib. 

“Sitat.info” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah bəyanat yayıb.

“İran İslam Respublikası bütün ölkələrin, xüsusilə müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır və Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasına pilotsuz uçuş aparatının göndərilməsini təkzib edir”, - bəyanatda deyilir. 

Tehran bu hücumun İsrail tərəfindən İran ilə qonşu müsəlman ölkələri arasında münasibətləri pozmaq üçün törədildiyini iddia edib.



Xəbər xətti