Şəkidə bəzi ərazilərdə qazın verilişində fasilə yaranıb.
Sitat.info xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə pr-da Avtoyolservis MMC-nin işçiləri tərəfindən təmir-tikinti işləri aparılarkən PE-110 mm-lik orta təzyiqli qaz xəttinin zədələnməsi ilə əlaqədar olaraq 05.03.2026-cı il tarixdə saat 17:10-dan etibarən Şəki şəhər ərazisinin bir hissəsində cəmi 12500 abonentin qaz təchizatı daxildən dayandırılıb.
Təmir işləri aparıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.