ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək

18:50 5 Mart 2026

Pentaqonun katibi Pit Heqset və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper martın 6-da Bakı vaxtı ilə saat 13:30-da İrandakı əməliyyatla bağlı brifinq keçirəcəklər.

Sitat.info xəbər verir ki, bu barədə Pentaqon “X” sosial media platformasında bəyanat yayıb.

Mətbuat konfransının Heqsetin martın 5-də yola düşəcəyi Floridadakı MacDill Hərbi Hava Qüvvələri bazasındakı CENTCOM qərargahında keçiriləcəyi gözlənilir.



Xəbər xətti