Əməkdar artistə vəzifə verildi

19:00 5 Mart 2026

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni təyinat olub.
 
Sitat.info xəbər verir ki, rejissor Əməkdar artist Nicat Kazımov çalışdığı teatrın yaradıcılıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
 
Məlumatı Oxu.Az-a açıqlamasında Nicat Kazımov təsdiqləyib.
 
O qeyd edib ki, bu vəzifəyə bir-neçə gündür təyin olunub.
 
"Görmək istədiyim işlərlə bağlı nəsə demək hələ çox tezdir. Bilmirəm nə olacaq, nə olmayacaq. Bir az imkan verin, gələn il bu barədə danışarıq", - deyə N.Kazımov bildirib.



Xəbər xətti