Rusiya məhkəməsi erməni blogeri 4,5 il müddətinə azadlıqdan məhrum edib

19:33 5 Mart 2026

Rusiya məhkəməsi erməni əsilli bloger Arsen Markaryanı 4,5 il müddətinə azadlıqdan məhrum edib.
 
Markaryan nasizmi reabilitasiya etməkdə və Sovet İttifaqı qəhrəmanının xatirəsini təhqir etməkdə ittiham olunaraq 4 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
 
İttiham tərəfinin iddiasına görə, o, 2025-ci ildə nasist ideologiyasını haqlı çıxarıb və videolarında Sovet İttifaqı Qəhrəmanı Aleksandr Matrosov haqqında təhqiramiz ifadələr işlədib.
 
\APA



Xəbər xətti