Azərbaycan humanitar dəhlizə çevrildi: 46 ölkə...

21:00 5 Mart 2026

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1 341 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

 
Sitat.info "Report"a istinadən xəbər verir ki, bu şəxslər 46 ölkənin vətəndaşlarıdır.
 
Statistikaya görə, fevralın 28-i saat 08:00-dan martın 5-i saat 18:00-a qədər davam edən prosesdə Azərbaycan sərhədini keçənlərin bölgüsü aşağıdakı kimidir:
 
Ən çox təxliyə olunan vətəndaşlar:
 
Çin: 402 nəfər
 
Azərbaycan: 273 nəfər
 
Rusiya: 262 nəfər
 
Tacikistan: 111 nəfər
 
Pakistan: 88 nəfər
 
Digər ölkə vətəndaşlarının sayı:
 
Oman: 46; İspaniya: 20; Səudiyyə Ərəbistanı: 18; İran: 11; Gürcüstan: 10; Braziliya: 8; Belarus: 7 nəfər.
 
BƏƏ və Slovakiya: hərəsindən 6 nəfər.
 
Serbiya və Nigeriya: hərəsindən 5 nəfər.
 
İordaniya, İsveçrə və Yaponiya: hərəsindən 4 nəfər.
 
Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika, Filippin, Qazaxıstan, Türkiyə və Xorvatiya: hərəsindən 3 nəfər.
 
Nepal, İtaliya, Qırğızıstan, Yəmən, Çexiya və Böyük Britaniya: hərəsindən 2 nəfər.
 
Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv adaları, Kuba, CAR, Ukrayna, İsveç, Kanada və Almaniya: hərəsindən 1 nəfər.



Xəbər xətti