Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən obyektdə və vətəndaşa məxsus “Chevrolet Cobalt” markalı minik avtomobilində yanğın baş verib.
Sitat.info xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə dərhal cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən avtomobilin idarəetməni itirərək yol kənarında yerləşən, ümumi sahəsi 60 kv.m. olan, fəaliyyət göstərməyən obyektə çırpılaraq yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən edilib.
Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin salonu, mühərriki və obyektin dam örtüyü 10 kv.m. sahədə yanıb.
Avtomobilin və obyektin qalan hissəsi yanğından mühafizə olunub.