Sənəd qəbulu başa çatdı

12:16 6 Mart 2026

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.

Sitat.info  xəbər verir ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edib.

Bildirilib ki, ümumilikdə, 133320 abituriyent qeydiyyatdan keçib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb.



Xəbər xətti