İsrail Xameneinin bunkerini məhv edib

18:00 6 Mart 2026

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Tehranın mərkəzinə zərbə endirib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində hökumət binaları kompleksinin altında yerləşən yeraltı komandanlıq məntəqəsi məhv edilib. 

Əməliyyatda 50 hərbi təyyarə iştirak edib. İsrail kəşfiyyatının məlumatına görə, bunker İran paytaxtının bir neçə küçəsinin altında yerləşib və çoxsaylı çıxışları olub. 

Məlumata görə, bunker xüsusi olaraq İranın Ali Lideri Ayətullah Əli Xamenei üçün inşa edilib. 



Xəbər xətti