Tokayevdən Pezeşkianın qonşu ölkələrlə bağlı çıxışına reaksiya

16:13 7 Mart 2026

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev İran Prezidenti Məsud Pezeşkianın Müvəqqəti Rəhbərlik Şurasının qonşu ölkələrə hücumlardan imtina etmək qərarı barədə bildirdiyi bəyanatını alqışlayır.

 
Sitat.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyar yazıb.
 
"Dövlət başçısı Qasım-Jomart Tokayev İran Prezidenti Məsud Pezeşkianın Müvəqqəti Rəhbərlik Şurasının qonşu ölkələrə hücumlardan imtina etmək qərarı barədə bildirdiyi bəyanatını alqışlayır. Qazaxıstan prezidenti bu qərarı Yaxın Şərqdə gərginliyin azaldılmasına yönəlmiş mühüm tədbir hesab edir", - məlumatda bildirilib.



Xəbər xətti