200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi

16:24 7 Mart 2026

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib.
 
Sitat.info xəbər verir ki, AZAL-a məxsus "Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
 
Təxliyə reysi vasitəsilə ümumilikdə 200-dən çox vətəndaşın ölkəyə qayıdışı təmin edilib.



Xəbər xətti